Türkiyənin Bilim Araştırma Vəqfi (BAV - Elmi Araşdırmalar Fondu) 1990-cı ildə İstanbulda təsis edilmişdir. Demokrat, uzaqgörən, milli-mənəvi dəyərlərinə sadiq ziyalı nəsillər yetişdirməyi qarşısına məqsəd qoyan BAV əməkdaşları dünyanın bir çox yerində minlərlə konfranslar keçirmiş və insanın yaradılış məqsədini açıqlamış, terror, şiddət və zorakılıq kimi davranışların əsas kökü olan təkamül nəzəriyyəsini çökdürən müxtəlif tədbirlər həyata keçirmişdir. Xatırladaq ki, vəqfin fəxri rəhbəri ölkəmizdə də yaxşı tanınan Harun Yəhya adı ilə əsərlər yazan Adnan Oktardır.
Vəqfin başqanı Cem Sedat Altan imzası ilə Türkiyənin müxtəlif mətbuat orqanlarında çox maraqlı bir elan verilib: «İki dövlət bir millət kimi Azərbaycan – Türkiyə birləşsin!» Elanın həm də Azərbaycan dilindəki variantı ilə sizi tanış edirik:
İki dövlət bir millət kimi Azərbaycan – Türkiyə birləşsin!
- Türk-İslam Birliyinin qurulması bütün İslam və Türk dünyası tərəfindən şövq və həyəcanla gözlənilir. Bu birliyin ilk və ən vacib addımı Azərbaycanın və Türkiyənin iki dövlət, bir millət kimi birləşməsidir. Türk - İslam Birliyinin ilk mərhələsi olan bu birləşmənin daha çox vaxt itirilmədən və gecikmə olmadan tez bir vaxtda həyata keçirilməsi lazımdır.
Türk İslam Birliyi Rəsulullahın hədislərində də öz yerini tapmış gözəl bir birlikdir. bu birlik hər kəsi sevgiylə qucaqlayacaq, müsəlman və qeyri-müsəlman hamıya bərabərhuquq vercək bir birlikdir. Allah Həzrəti Mehdi və Həzrəti İsa öndərliyindəki İslam hakimiyyətinin yaşanacağı əsrimizdə Türk islam birliyini insanlara rəhmət olaraq seçmişdir. Bu gün bu birliyin qarşısını almaq istəyən bəzi cahillər Allahın vədinin önünə keçəcəklərini sanmadalar lakin Allah ayətdə belə buyurur " Onlar Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu tamamlamaq istər.(Tövbə.32) Allahın vədi haqdır biz bu birliyi heç bir əngəl tanımadan quracağıq. Bu birliyin önündəki bütün gücləri əzəcək yenədə Həzrəti Mehdi və Həzrəti İsa öndərliyindəki islam hakimiyyətinə zəmin hazırlayacayıq. İnşAllah. Allah qəbul etsin...
Mən bir Azərbaycan vətəndaşı olaraq sizdən Türkiyə ilə Azərbaycan arasındaki pasport rejiminin aradan qaldırılması, əvvəlcə Türkiyə ilə Azərbaycan arasındaki əlaqələrin sürətli olaraq artırılması, digər Türk dövlətləri ilə pasport və viza rejiminin aradan qaldırılması, Türkiyə ilə Azərbaycanın iki dövlət bir millət olaraq birləşməsi, və türk islam birliyinin qurulması üçün edə bildiyiniz qədər cəhd göstərmənizi xahiş edirəm. Xatırladım ki, bu addım Azərbaycan və Türkiyə üçün həm iqtisadi, həm sənaye, həm də mədəni nöqteyi-nəzərdən lehdə atılan bir addımdır. Azərbaycan ilə Türkiyə arasındaki tarixi qardaşlığın və bağın daha da möhkəmlənməsi və hər iki dövlətin tərəqqisi üçün bu qərar çox önəmlidir.
Mərhum H. Əliyevində dediyi kimi : “Biz iki dövlət, bir millətik.” Artıq bu süni ayrılıq ortadan götürülməlidir. Azərbaycan və Türkiyə iki dövlət bir millət kimi birləşməli və bu gün bayram kimi qeyd edilməlidir. Azərbaycanla Türkiyənin arasındaki bu ayrılıq Gəncə ilə Bakının, İstanbul ilə Ankaranın ayrılığı kimidir. Nə üçün bir Azərbaycanlı qardaş ölkə Türkiyədə olacaq hər hansısa bir müsabiqəyə qatılmaq üçün, Türkiyəyə istirahətə getmək üçün bu və.s səbəblərdən dolayı rahatlıq və asanlıqla gedib gələ bilməsin? Bölgədə qurulacaq olan bu birlik həm müsəlmanların həmdə qeyri-müsəlmanların hüzuru üçün atılacaq ən önəmli və ən böyük atdımdır. Əsrimiz Hz. Məhəmmədin hədislərində də öz yerinə tapmış Türk İslam birliyinin qurulması, Qızıl əsrin yaşanması, Hz. İsanın yer üzünə ikinci dəfə enişi və hz Mehdinin zuhrunun yaşanacağı əsrdir. Əsrimiz sülh və səadətin, Barış və hüzurun, sevgi və ədalətin yaşanacağı qızıl əsrdir. Artıq gözlətmədən iki dövlət bir millət kimi Azərbaycan və Türkiyə Birləşməlidir. Sizdən dövlətimizin başçısı olaraq bütün nazirlikləri, xsusi ilə xarici işlər nazirliyi əməkdaşlarını və Nazirimiz Elmar məmmədyarovu, səfirləri, məsul şəxsləri bu işə şövqləndirmənizi və cəlb etmənizi xahiş edirəm. Eyni zamanda qardaş ölkənin Dövlət başçısı hörmətli Abdullah Gül, baş Naziri hörmətli R. T. Ərdoğan və xarici işlər naziri hörmətli Davudoğlu ilə görüşlərinizi dahada sıxlaşdırmanızı bu gözəl birlik üçün onlarında olduqca çox cəhd göstərmələrinə vasitəçi olmanızı xahiş edirəm
Hədiyyə olaraq Harun yəhya filmləri istərsizmi? etməniz lazımlı olan sadəcə bu ünvanlardan mənlə əlaqə saxlamaq.
MSN. aliyev.elvin@hotmail.com
Mail. natiqxazan@rambler.ru
Tel: (055) 838 - 03 - 13
bu filmləri sizə hədiyyə edə bilərik.
001. Allahın isimleri
002. Allah akılla bilinir
003. Allahın varlığının apaçık delillerini göre bilmek 004. Hz. Mehdi ve Ahirzaman
005. Resulullahın (S.A.V) zorluk ve imtahanları
006. Tevekkül ve kadere iman
007. İnancla gelen sağlık
008. Hz. Mehdi döneminde İslam birliyi
009. Ahirzaman şahısları neden tanınmıyor
010. Hz. Mehdinin çıkış alametleri
011. Hz. Musa
012. Hz. İbrahim ve Hz. Lut
013. Hz. Suleyman
014. Hz. Nuh
015. İslam ve Hinduizm
016. İslamın yükselişi
017. Hz. Yusif
018. Təbiətdəki möhtəşəm yaradılış
019. Altınçağ ve Hz. İsanın dönüşü
Harun Yəhyanın bütün kitabları və filmlərindən ibarət DVD-lər haqqında kitabevi.az saytında daha ətraflı məlumat ala bilərsiz. Bundan əlavə, istədiyiniz kitabı sifariş edə bilərsiz. Sifariş verdiyiniz kitablar tez bir zamanda evinizə çatdırılacaq. Kitabların məbləğini isə kitablar evinizə gətirilən zaman verə bilərsiniz.
Harun Yəhya (Adnan Oktar):“Uzağı 10 ilə böyük Türküstan birliyi yaranacaq!”
Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşması yönündə addımların atıldığı və sərhədlərin açılacağına dair xəbərlərin yayıldığı vaxtda Türkiyənin ilahiyyatçı alimi, araşdırmaçı Harun Yəhya (əsl adı Adnan Oktar) israrlı şəkildə Türkiyə ilə Azərbaycanın birləşməsi məsələsini gündəmə gətirir. Onunla həm bu, həm də digər məsələlər barədə söhbət etdik, bəzi suallarımıza cavab istədik. - Adnan bəy, Türkiyə ilə Azərbaycanın birləşməsi təşəbbüsünü irəli sürürsünüz. Bəs bu birliyin modelini necə görürsünüz, reallaşması üçün hansı addımları atmaq lazımdır?
- İndiyədək Azərbaycanla Türkiyənin birləşməməsi çox anormal haldır. Hələ qədimdən bununla bağlı ən uyğun şərtlər mövcuddur. Bu məsələdə mümkünmü, baş tutarmı demək, gecikmək ayıbdır. Azərbaycanla Türkiyənin birləşməsi insanlarımıza bir mənəvi rahatlıq gətirər, həyəcan doğurar. Bunun reallaşması üçün həm Azərbaycanda, həm də Türkiyədə insanlar hökumətə məktublar göndərməlidirlər.
1956-cı ildə Ankarada anadan olan Adnan Oktar əsərlərini Harun Yəhya imzası ilə yazır. Bütün ömrünü tamamilə Uca Allahın varlığını və birliyini insanlara çatdırmağa və Quran əxlaqını yaymağa həsr etmiş bir şəxs olan Oktar tələbəlik illərindən başlayaraq, həyatının hər dövründə bu müqəddəs məqsədə xidmət etmiş, heç bir çətinliyə, təzyiqlərə baxmayaraq həvəsdən düşməmişdir. Bu gün böyük səbr və iradə nümayiş etdirərək bütün təzyiqlərə qarşı ideologiya mübarizəsini davam etdirir.
Adnan Oktarın qısa tərcümeyi-halı...
Adnan Oktar 1956-cı ildə Türkiyənin paytaxtı Ankara şəhərində anadan olub. Orta təhsilini gözlərini dünyaya açdığı şəhərdə bitirib. İslam əxlaqına olan bağlılığı orta məktəb illərində çox gücləndi. Bu dövrdə böyük İslam alimlərinin demək olar ki, bütün əsərlərini oxuyaraq İslam dini haqqında dərin biliklərə yiyələndi. Yenə həmin illərdə İslam əxlaqını bütün insanlara çatdırmağa və onları doğruya, gözəlliyə dəvət etməyə qərar verdi.
1979-cu ildə minlərlə insanın arasından üçüncü olaraq qəbul olduğu Mimar Sinan Universitetində təhsilini davam etdirmək üçün İstanbula köçdü. Sənəti Allahın üstün yaradıcılığının təcəllası olaraq qəbul edən Oktar şəkil çəkməkdə uşaqlıq yaşlarından etibarən qabiliyyətli idi. Tez-tez sürrealist tablolar çəkərdi. Dostlarına hədiyyə payladığı çox sayda tablosu vardır. Bundan başqa, Allahın sənətinin nümayişi olaraq qəbul etdiyi heyvanlara, bitkilərə və güllərə də xüsusi marağı olan Adnan Oktarın bağı sahmanlamaq, daxili memarlıq və dekorasiya da onun maraq sahələrindəndir.
Mimar Sinan Universitetindəki illəri
Adnan Oktar Mimar Sinan Universitetinə qəbul olduğu dövrdə bu təhsil ocağı müxtəlif qeyri-leqal (illeqal) marksist-kommunist təşkilatların təsiri altında idi. Həm müəllim heyyəti, həm fakültə rəhbərliyi, həm də tələbələr arasında ateist və materialist cərəyanlar hakim idi. Hətta universitet müəllimlərinin bəziləri tədris etdikləri fənlərin mövzusu ilə heç bir əlaqəsi olmamasına baxmayaraq demək olar ki, əllərinə düşən hər fürsətdə materialist fəlsəfə və Darvinizmin təbliğatını aparırdılar.
Adnan Oktar dini və əxlaqi dəyərlərin hörmətlə yanaşılmadığı və haradasa tamamilə özlərindən uzaqlaşdırıldığı, materialist dünyagörüşünün nəzarətindəki belə bir mühitdə ətrafındakı insanlara Allahın mövcudluğunu və birliyini başa salmağa başladı. Universitetin yaxınlığındakı məsciddə aşkar namaz qılan yeganə şəxs idi.
Anası Mediha Oktarın da qeyd etdiyi kimi, bu dövrdə Adnan Oktar gecələr ancaq bir neçə saat yatır, vaxtını əsasən oxuyaraq, qeydlər edərək və dosyalar hazırlayaraq keçirirdi. Bunların arasında Marksizm, Leninizm, Maoizm, kommunizm və materialist fəlsəfə mövzulu əsas kitabların da olduğu yüzlərlə əsər oxumuş, həm klassik, həm də çox nadir hallarda oxunan kitabların üzərində geniş tədqiqatlar aparmış, bu elmdən uzaq nəzəriyyənin ziddiyyətlərini göstərən məlumat və sənədlər toplamışdır. Allahın inkar edilməsinə əsaslanan bu batil fəlsəfə və ideologiyalarda mövcud olan içindən çox çətin çıxılan məsələlər, ziddiyyətlər və yalanlar haqqında çox təfərruatlı məlumat toplayan Oktar, bu məlumat toplusu ilə insanları həqiqətə və doğruluğa dəvət etmişdir. Universitetdəki tələbələr və müəllimlər də daxil olmaqla, hər kəsə Allahın varlığını, birliyini və Quran əxlaqını çatdırmışdır. Oktar kafedrada, dəhlizlərdə və ya dərslərin arasındakı fasilələr vaxtı söhbətlərində materializmin və Darvinizmin səhvlərini, bu ideologiyaların əsasları hesab edilən kitablardan faktlar gətirərək izah edirdi. Adnan Oktar xüsusilə materializmin və ateizmin dayanaq yeri olan təkamül nəzəriyyəsinin məhv edilməsi məsələsinə xüsusi əhəmiyyət vermişdir. Oktar Darvinizmin ilk ortaya çıxdığı dövrdən etibarən ateist və materialist cərəyanlar tərəfindən yiyələnildiyinin şahidi olmuşdur. Günümüzdə də hələ eyni mühitlər tərəfindən ideologiya təəssübkeşliyi ilə müdafiə edildiyini və saxlamağa çalışdıqlarını dərk edən Adnan Oktar Darvinizmin çökdürülməsinin qeyd edilən cərəyanlar üçün böyük məğlubiyyət mənasına gələcəyinə inanır.
İslamın yarandığı 7-ci əsrin əvvəllərində Ərəbistan dünyanın ən mürəkkəb bölgələrindən biri idi. Bu torpaqlarda bir çox fərqli qəbilə yaşayır, hər biri ayrı bir bütə sitayiş edirdi. Azğın dinləri və bütlərinə görə bir-birləri ilə döyüşür, qan tökür, hətta uşaqlarını öldürə biləcək qədər vəhşiləşirdilər. Bu batil sistemdə sevgi, mərhəmət, həlim xasiyyət deyil, mərhəmətsizlik, nifrət və şiddət məqbul qarşılanırdı. Qadınlar aşağı varlıqlar sayılır, kasıblar və kölələr açaldılırdılar.
Bu qaranlıq və qanlı dünya İslam əxlaqıyla birlikdə tamamilə dəyişdi. Yalnız ərəblər deyil, daha bir çox millət İslam əxlaqının işığıyla aydınlandı. İslamın gəlişi ilə birlikdə elmdə, mədəniyyətdə, düşüncədə və sənətdə əvvəllər az rast gəlinən yüksəliş baş verdi.
Allahın, Peyğəmbərimizə (səv) vəhy etdiyi; "Yaradan Rəbbinin adıyla oxu. O, insanı bir ələqdən yaratdı. Oxu, Rəbbin ən böyük kərəm sahibidir; ki O, qələmlə (yazmağı) öyrədəndir. İnsana bilmədiyini öyrətdi." (Ələq Surəsi, 1-5) ayələriylə qaranlıq cəhalət və qanlı şiddət dövrü içindəki ərəblər ilk dəfə oxumağa və düşünməyə dəvət edildilər.
TARİXDƏN NÜMUNƏ: SƏLAHƏDDİN ƏYYUBİNİN İSLAM BİRLİYİ
1096-cı ildə başladılan birinci Səlib yürüşü zamanı xaçlı orduları Yaxın Şərqə çatdığında müsəlmanlar, aralarında müxtəlif anlaşılmazlıqlar və çəkişmələr yaşanan əmirliklərə bölünmüşdülər. Bu səbəbdən Avropadan gələn barbar işğalçılara qarşı müqavimət göstərə bilmədilər. 1099-cu ildə Qüdsdə dəhşətli qırğın törədildikdən sonra qurulan Xaçlı Krallığı uzun illər müsəlmanların bölünməsindən faydalanmışdı. Ancaq böyük İslam sərkərdəsi Səlahəddin Əyyubinin müsəlman əmirliklərini öz hakimiyyəti altına alıb birləşdirməsi ilə müsəlmanlar xaçlı işğalçılara qarşı mübarizə aparmaq gücünə sahib oldular.
Lakin müsəlmanların xaçlıları məğlub etməsi elə də asan deyildi. Səlahəddin Əyyubi müsəlmanları bir bayraq altında birləşdirərkən eyni zamanda elmi və əxlaqi dirçəliş də başlatmışdı. Encyclopedia Britannica’da ifadə edildiyi kimi:
Müsəlmanların dini təşkilatlarını təşviq etmək və yaymaq (Səlahəddin Əyyubinin) siyasətinin əsas istiqamətlərindən biri idi. Elm və din alimlərinə himayədarlıq etmiş, onların istifadəsi üçün universitetlər və məscidlər qurdurmuş və İslam dünyasının faydalanması üçün bir çox əsər yazdırmışdı... Əxlaqi cəhətdən yenidən dirçəlişi təmin etməklə - bu onun həyatının önəmli tərkib hissəsi idi - özündən beş əsr əvvəl bilinən dünyanın yarısını fəth etmiş ilk nəsil müsəlmanların əzmini və şövqünü yenidən oyandırmağa çalışmışdı.
Elmi, əxlaqi və imani dirçəliş müsəlmanların siyasi birliyi ilə birləşincə İslam mədəniyyəti yenidən daha da yüksəldi: Səlahəddin Əyyubinin əmrindəki birləşmiş İslam ordusu 1187-ci ildə Hıttin Döyüşündə daxili parçalanma və narahatlıq yaşayan xaçlı ordusunu məğlub edib ardından Qüds daxil olmaqla səlibçilərin işğalı altındakı Fələstin torpaqlarının demək olar ki, hamısını azad etdi.
Müsəlmanların birliyi yalnız mövcud gərgin vəziyyətin sona çatması üçün siyasi tələbat deyil, eyni zamanda müsəlman olmağın tələblərindən biridir. Müsəlmanlar həyatlarının hər anında olduğu kimi daxili və beynəlxalq siyasətdə də Quran əxlaqına uyğun hərəkət etməlidirlər. Quran əxlaqı isə İslam dünyasının ittifaq etməsini tələb edir. Quran əxlaqının prinsip olaraq mənimsənilməsi bu ittifaqın daimi olmasını və gözlənilən aktiv rolu yerinə yetirməsini təmin edəcəkdir.
İslam əxlaqı müsəlmanların daim bir yerdə olmasını, həmrəylik və birlik içində din qardaşları olmasını tələb edir. Allah Quranda möminlərə "bir-birinizlə çəkişməyin" (Ənfal Surəsi, 46) əmrini verir və bunun müsəlmanları zəiflədəcəyini bildirir. Bir başqa ayədə də bu şəkildə əmr edilir:
Açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədənlər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar. (Ali- İmran Surəsi, 105)
Birlik, anlayış, fədakarlıq, vəfa və sədaqət tələb edir. Allah Quranda müsəlmanlara birlik olmalarını əmr etmiş, şeytanın isə aralarına ədavət salacağını, bu birliyə maneə olmaq üçün səy göstərəcəyini bildirmişdir. Müsəlmanlar din qardaşları ilə olan münasibətlərində onları incidəcək bir söz söyləmək, hirslənmək, hörmətsizlik etmək kimi birlik ruhunu zədələyəcək hər cür rəftardan çəkinməlidirlər. Hər mömin digər möminə qarşı mümkün olduğu qədər fədakar olmalı, səbirli davranmalı, onun yaxşılığı üçün çalışmalı, sadiq və vəfalı olmalıdır. Bu bütün möminlərə vacib olan üstün əxlaqdır.
Bu mövzuda ən gözəl nümunələrdən biri Hz. Məhəmməd (səv) ilə birlikdə Məkkədən hicrət edən möminlər və Mədinədə onlara gözəl bir yurd hazırlayan müsəlmanlar arasındakı münasibətlərdir. Məkkəli müşriklərin zülmü və təzyiqi nəticəsində Allah yolunda yurdlarından hicrət edən möminləri Mədinədə Hz. Məhəmmədə (səv) biət (itaət) etmiş müsəlmanlar ən gözəl şəkildə qarşılamış, onlara qarşı böyük sevgi və qayğı göstərmişlər. Bir-birlərinə yad iki qəbilə olduqlarına, cahiliyyə ərəbləri arasında tək əhəmiyyətli meyar sayılan "qəbilə bağı"na sahib olmamalarına baxmayaraq, imanları və itaətləri baxımından gözəl qardaşlıq nümunəsi göstərmişdilər. Mədinəli müsəlmanlar hicrət edənlərə hər cür imkanı təmin etmiş, onlara qapılarını açmış, yeməklərini onlarla bölüşmüş, öz ehtiyaclarından əvvəl onların ehtiyaclarını düşünmüş, mömin qardaşlarının nəfslərini öz nəfslərindən üstün görmüşdülər. Rəbbimiz mədinəli möminlərin bu gözəl əxlaqını Quranda belə bildirmişdir:
Müsəlmanlar arasındakı münaqişələr və parçalanma onları mənəvi cəhətdən zəiflədir. Bu Allahın Quranda iman edənlərə bildirdiyi sirlərdəndir. Ayrılıqlar və münaqişələr müsəlmanları mənəvi cəhətdən gücdən saldığı kimi birlik və həmrəylik də müsəlmanlara güc qazandırır. Allah Quranda iman edənlərə "haqqlarına təcavüz edildiyi" təqdirdə birlik olub etiraz etməyi buyurmuşdur:
Və haqqlarına təcavüz edildiyi zaman birlik olub etiraz edənlərdir. (Şura Surəsi, 39)
Bu iman edənlərə İlahi əmrdir və bir çox hikməti vardır. İnkarçı ideologiyaların fikri mübarizə ilə yox edilməsi də ancaq müsəlmanların ittifaqı ilə mümkündür.
19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində baş verən iki dünya müharibəsi, bu müharibələrdə həlak olan milyonlarla insan, yandırılan şəhərlər, yerlə bir olan yaşayış məntəqələri, vəhşiliyin normal qəbul olunduğu əsir düşərgələri insanlıq tarixi üçün ibrətdir. Bu müharibələrin mərkəzində olan qərb dünyası bu tarixi dramdan çox vacib nəticələr çıxardı. Bu nəticələrin ən mühümü ittifaq barəsində idi. İttifaq, gələcəkdə meydana çıxa biləcək problemlərin daha asan və qısa müddətdə həllini mümkün edirdi. Əvvəllər, müxtəlif Avropa ölkələri öz aralarında ittifaq qurmağa çalışsalarda bu ittifaqlar, bəzən mənfəət münasibətləri, bəzən də ideoloji səbəblərdən uzun ömürlü olmamışdı. Ancaq qərb dünyası qurulacaq ittifaqın iqtisadi əməkdaşlıqdan və ya hərbi müdafiə paktından daha çox Avropanın ortaq mədəni dəyərlər ətrafında birləşməsinin zəruri olduğunun fərqində idi. Əlbəttə bu uzunmüddətli və çətin dövr idi.
Avropa Birliyinin ümumi strukturu qurulacaq İslam Birliyi üçün nümunə ola bilər. Avropa Birliyinin əsas xüsusiyyətləri üzv ölkələrin daxili suverenliklərini, idarəetmə sistemlərini, dövlət mexanizmlərini qoruması, həmçinin "Avropa mədəniyyəti" üzərində qurulmuş dəyərlər sistemini qəbul etməsidir. Bu dəyərlər sisteminə söykənərək bir-biriləri ilə siyasi, iqtisadi, mədəni əməkdaşlıq etməsi, bu əməkdaşlığı davam etdirib bütün Avropanı təmsil edəcək mərkəzi qanunvericilik və icraedici orqanlarına sahib olmasıdır.
İslam Birliyi də üzv ölkələrin daxili müstəqilliklərini və daxili sərhədlərini mühafizə etdiyi, hər ölkənin öz hüquq və mənafelərini qoruya biləcəyi quruluş olmalıdır. Amma bütün bu suveren dövlətləri ümumi "İslam mədəniyyəti" daxilində birləşdirəcək vizion, bu viziona uyğun olaraq ümumi siyasəti inkişaf etdirib tətbiq edəcək qanunverici və icraedici orqanlar qurulmalıdır. Burada məqsəd dövlətlərin dövlət quruluşlarını dəyişdirərək onların birləşməsini təmin etmək deyil, ümumi siyasət və mənfəətlər ətrafında birləşməni və bu siyasətin həyata keçirilməsində birliyin icraedici gücünün qurulmasını təmin edilməsidir.
İslamın iqtisadiyyat anlayışı qərb cəmiyyətlərinin iqtisadiyyat anlayışından fərqlidir. Amma İslamda da qərb cəmiyyətlərində olduğu kimi azad bazar iqtisadiyyatı hakimdir. Hər kəsin xüsusi mülkiyyətə sahib olmaq və öz mülkiyyətinə sərəncam vermək hüququ vardır. Ancaq əldə edilən gəlirin bölüşdürülməsi məsələsində İslam əxlaqı insanlara əxlaqi məsuliyyətlər verərək cəmiyyətdə sosial ədalətin qurulmasını təmin edir. Zənginlərin qazancında kasıblar üçün də pay var, lakin bu pay zənginlərdən məcburi toplanan vergi deyil, inanclarına görə könüllü şəkildə verdikləri ianədir. İslamda sosial ədalət sosialist sistemlərdən fərqli olaraq mərkəzi planlama və rəhbərliyin təzyiqi ilə deyil, cəmiyyətə hakim olan əxlaqi dəyərlərlə təmin edilir. Digər tərəfdən İslam əxlaqı zənginləri həddindən artıq istehlakdan və israfdan da çəkindirir.